Xaçmaz rayonunun Xudat şəhərində zəncirvari qəza baş verib. Bu barədə ShimalNews 27 fevral tarixində məlumat verir.
Hadisə fevralın 26-sı saat 17:30 radələrində aşağı məhəllə adlanan ərazidə qeydə alınıb. “QazEl”, “Mercedes” yük və “BMW” minik avtomobilləri toqquşub.
Xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.