Quba-Xınalıq yolunu qardan təmizləmək üçün texnika və işçi qüvvəsi cəlb olunub. Bu barədə ShimalNews 13 yanvar tarixində məlumat verir.
İşlər 5 saylı Yol İstismar İdarəsi tərəfindən icra olunur. Marşrutun 32-ci km-dən başlayaraq 57-ci km-dək maneə aradan qaldırılacaq.