Xaçmazda avtomobillər toqquşub və onlardan biri səkidəki piyadanı vurub. Bu haqda ShimalNews 5 iyun tarixində "Unikal"a istinadən məlumat verir.
Hadisə A.Ələsgər və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində baş verib. "Hyundai-Avante" yol ayrıcına gözləmədən daxil olub və "VAZ-21099" markalı minik avtomobilinə çarpılıb. Sonuncu zərbənin təsirindən yol kənarındakı səki ilə hərəkət edən 68 yaşlı piyada Telman Balayevi vurub. "Hyundai" isə yaşayış evinin hasarına çarpılıb.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.