Xaçmazda Qudyalçay üzərində uçan körpünün yenisi ilə əvəz olunması üçün sonuncu mərhələyə başlanıb. Bu barədə ShimalNews 10 noyabr tarixində “Azərtac”a istinadən xəbər verir.
İnşa prosesinin noyabrın sonuna kimi tamamlanması nəzərdə tutulub. Tikintinin vaxtında başa çatdırılması üçün əraziyə cəlb olunan ağır texnika və canlı qüvvə gücləndirilmiş iş rejimində çalışır. Bayram və bazar günlərində də işlər fasiləsiz davam etdirilir.
