Xaçmaz rayonunda "VAZ-2106" markalı avtomobil elektrik dirəyinə çarpılıb. Bu barədə ShimalNews 19 aprel tarixində Report-a istinadən məlumat verir.
Hadisə İzmayılovka qəsəbəsində baş verib. Nəticədə 41 yaşlı Mahir Səfərov və 19 yaşlı Novruz Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.