Xaçmazda piyada avtomobil qəzasında ölüb. Bu haqda ShimalNews 24 fevral tarixində “Report”a istinadən məlumat verir.
Şəhərin mərkəzində "Mercedes-Sprinter" markalı avtomobil yolu keçən Kamran Həsənovu vurub. 39 yaşlı kişi aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.