Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 12 yanvar tarixində “Apa”ya istinadən məlumat verir.
“Opel” markalı avtomobil hərəkətdə olan zaman onun 66 yaşlı sürücüsü Adil İsmayılovun halı pisləşib. Nəticədə o, əks-istiqamətdə hərəkət edən “Chevrolet” və “Nissan” markalı nəqliyyat vasitələrinə çarpılıb. Xəsarət alan olmayıb.
A.İsmayılov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
