Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gömrük-keçid məntəqələrinin çıxışında gözləmədə olan nəqliyyat vasitələrinin sayını açıqlayıb. Bu barədə ShimalNews 29 dekabr tarixində məlumat verir.
Ötən günə olan statistikaya əsasən, “Samur” gömrük postunda 45 (Qusar), “Xanoba” gömrük postunda (Xaçmaz) isə 8 yük maşını var.