top
Shimal.News problemi işıqlandırdı, nazirlik hərəkətə keçdi
17 dekabr 2025, 11:50
- ↺ +

"Shimal.News" problemi işıqlandırdı, nazirlik hərəkətə keçdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət əvvəl Shimal.News-a müraciət edən Xaçmaz rayonunun Ağtala kənd sakinləri yollarının bərbad vəziyyətə salınması ilə bağlı məsələni gündəmə gətiriblər.

Onların bildirdiyinə görə, Qusarçay yatağından 80-dən çox "KamAZ" yük avtomobili ilə qum-çınqıl daşınıb. Nəticədə kəndlilərin şəxsi vəsaitləri hesabına təmir etdikləri yol, eləcə də ətraf küçələr əsaslı şəkildə zərər görüb.

Ağtala camaatı aidiyyəti qurumlardan problemin aradan qaldırılması üçün təcili tədbirlər görülməsini tələb edib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çınqıl hasilatının qanuniliyinin araşdırılmasını və verilən vədlərin yerinə yetirilməsini istəyiblər.

Nazirlik tərəfindən aparılan araşdırma zamanı Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin "Sahil" Sudan İstifadə edənlər Birliyinin sədri Akif Allahqulu oğlu Babayev tərəfindən 30 kubmetr həcmində qum-çınqıl qarışığının qanunsuz şəkildə götürüldüyü müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən akt və protokol tərtib olunub, ona cərimə tətbiq edilib.

Sakinlər ümid edirlər ki, növbəti xəbər kənd yolunun əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı olacaq.

Shimal.News mövzunu diqqətdə saxlayır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Bu gün, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Bu gün, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Bu gün, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Bu gün, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Bu gün, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Bu gün, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
Bu gün, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Bu gün, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Oxşar xəbərlər