Quba şəhərinin Əliqulu Nərimanov və Səkinəxanım Axundzadə küçələrinin kəsişməsində avtomobil qəzası olub. Bu haqda ShimalNews 8 fevral tarixində məlumat verir.
Saat 13:30 radələrində “VAZ” və “Daewoo” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.