Qubada “Təmiz hava“ aylığı ilə bağlı yol polisi tədbir keçirib. Bu barədə ShimalNews 12 iyun tarixində məlumat verir.
Texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.