Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində işıq dirəyi qəzalı vəziyyətdədir. Bu barədə ShimalNews-a 9 mart tarixində oxucularımız məlumat verib.
Bildirilib ki, artıq uzun müddətdir qəza nəticəsində zədələnən dirək əyilmiş halda qalıb. Onun bünövrəsi isə yerindən tərpənib.
Sakinlərin sözlərinə görə, ümumiyyətlə, rayon ərazisində avtomobil qəzaları nəticəsində bu kimi hallara çox rast gəlmək olur.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2024/03/Sequence-051.mp4"][/video]