Qubada sürücünün səhvi zəncirvari qəzaya səbəb olub. Bu haqda ShimalNews 9 aprel tarixində məlumat verir.
Hadisə aprelin 8-i Qəçrəş yolunda qeydə alınıb. Şahidlərin sözlərinə görə, “Reno” markalı avtomobil gözlənilmədən əsas yola çıxıb. Nəticədə onunla bərabər “Nissan” və “VAZ” markalı avtomobillər qəzaya düşüblər.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.