Qubada saat 13:15 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 18 aprel tarixində məlumat verir.
Hadisə Səkinə Xanım küçəsində baş verib. “VAZ-2106” və YPX-nin xidməti avtomobili toqquşub. Xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, “06” nişanın tələbinə əməl etmədən qarşıdan gələn avtomobilin qarşısına çıxıb və qəza baş verib.