Hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bu barədə ShimalNews 23 yanvar tarixində məlumat verir.
Hal-hazırda Qubadan başlayaraq Xaçmazın Yergüc kəndinə kimi asfaltın səthi buz bağlayıb. Avtomobillər 20-30 km/saat sürətlə hərəkət edirlər.