Qubanın Alekseyevka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 27 yanvar tarixində məlumat verir.
Qəza yanvarın 26-sı saat 17:50 radələrində qeydə alınıb. “VAZ-2107” qarşıda gedən “Lifan” markalı avtomobilə çarpılıb. Zərbədən sonra sonuncu eyni istiqamətdə hərəkət edən “VAZ-21012” markalı maşına çarpılıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Xəsarət alan yoxdur.
Məlumata görə, hadisə ara məsafəsi saxlanılmadığına görə olub.