Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib. Bu barədə ShimalNews 6 fevral tarixində “Azərtac”a istinadən məlumat verir.
Hadisə Barlı kəndi ərazisində qeydə alınıb. “VAZ 21014” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxıb və aşıb. Onun sürücüsü yüngül xəsarət alıb.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub.