Qubada avtomobil qəzasına düşən 35 yaşlı Nurlan Balayev Bakıda əməliyyat olunmaq üçün yola salınıb. Bu barədə ShimalNews 7 fevral tarixində xəbər verir.
Əldə olunan məlumata görə, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən həmin yaralının vəziyyəti pisləşib və o, paytaxtda müalicə alacaq.
Hadisə Quba-Qusar yolunun Xucbala kəndi ərazisində fevralın 5-də baş verib. “VAZ” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər yaralanıb və 1 nəfər vəfat edib.