Qubada baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölən və yaralananların kimliyi bəlli olub. Bu haqda ShimalNews 12 fevral tarixində "Report"a istinadən məlumat verir.
Hadisə nəticəsində Arif İmamquluyev və Elmar Məmmədov həlak olublar, Fərhad İbrahimov, Mustafa Əkbərov və Akif Qurbanov isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdiriliblər.
Daha öncə Barlı kəndi ərazisində qeydə alınan qəza haqda məlumat vermişdik.