Quba şəhərində iki nəqliyyat vasitəsi toqquşub. Bu haqda 17 aprel tarixində ShimalNews məlumat verir.
Hadisə aprelin 16-sı saat 14:00 radələrində Heydər Əliyev prospektində “Zamin Bank”ın yaxınlığında qeydə alınıb. Burada “Kia” markalı avtomobil “Lada” markalı avtomobilə çarpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, “Kia” dönmə əməliyyatı edərkən arxadan gələn “Lada” ilə toqquşub.
Əraziyə YPX əməkdaşları cəlb olunub.