Quba şəhərinin Heydər Əliyev prospektində 2 nəqliyyat vasitəsi toqquşub. Bu haqda ShimalNews 18 yanvar tarixində məlumat verir.
Saat 08:50 radələrində Olimpiya İdman Kompleksinin yaxınlığında “VAZ-2107” markalı avtomobil “Volkswagen” markalı avtomobilə çarpılıb. Xəsarət alan olmayıb.
Şahidlərinin sözlərinə görə, hadisə “Volkswagen” hərəkətdə olarkən “07”-nin qəfil onun qarşısına çıxması nəticəsində baş verib.