Quba şəhərində 2 minik avtomobili toqquşub. Bu haqda ShimalNews 22 yanvar tarixində məlumat verir.
Hadisə saat 09:00 radələrində Heydər Əliyev prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində baş verib.
Şahidlərin sözlərinə görə, “Opel Astra” markalı avtomobil işıqforun qırmızı işığında gözləyən “Opel Vectra”ya arxadan çarpılıb.
Əraziyə DYP-nin əməkdaşları cəlb ediliblər.