Qubanın Alekseyevka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 13 yanvar tarixində məlumat verir.
Quba-Xaçmaz yolunda “VAZ-21099” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Onlar yararsız hala düşüblər.
Xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.
Bildirilib ki, hadisəyə səbəb yolun buz bağlaması olub.