Bakı–Quba–Rusiya sərhədi ödənişli yolunda radar nişanı yerləşdirilib. Bu haqda ShimalNews 22 yanvar tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Yolda artıq sürət həddi barədə xəbərdarlıq edən nişanlar da qoyulub.
Bir neçə gün öncə AAYDA sədri jurnalistlərə bildirmişdi ki, yolda heç bir radar və nəzarət yoxdur:
“Sürət həddini 110 km/saat-dan yuxarı kim sürmək istəyirsə, sürsün”.