Son zamanlar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunun müharibə veteranları üçün güzəştli olması məlumatı sosial şəbəkələrdə yayılıb. Bu haqda ShimalNews 28 fevral tarixində xəbər verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən cavab olaraq bildirilib ki, qiymətlər Tarif Şurası tərəfindən müəyyən edilib. Tariflər təsdiq edilərkən hər hansı güzəşt nəzərdə tutulmayıb.