Millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ödənişli yolun qiymətlərindən danışıb. Bu barədə ShimalNews 16 yanvar tarixində məlumat verir.
Bildirilib ki, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri ödənişli yoldan istifadə edə bilmirlər.
Deputat qiymətin kənd camaatı üçün yüksək olduğunu deyib. O düşünür ki, tarifə baxmağa ehtiyac var. Bununla bağlı Vahid Əhmədov iqtisadiyyat naziri Mikayıl Cabbarova, Baş nazir Əli Əsədova da fikirlərini bildirib.