İsmayıllının Qurbanəfəndi kəndində qəza zamanı dünyasını dəyişən şəxslərin kimliyi məlum olub. Bu barədə ShimalNews 27 dekabr tarixində Qafqazinfo-ya istinadən məlumat verir.
Hadisə dekabrın 25-i baş verib. “Honda” və “BMW” markalı avtomobillər toqquşub və 2 nəfər dünyasını dəyişib.
“BMW”-ni polis polkovnik-leytenantı Qabil İsmayılov idarə edib. O, xəstəxanada vəfat edib. İsmayılov daxili işlər orqanlarında bir sıra yüksək vəzifələrdə çalışıb.
“Honda” markalı avtomobildə ölən sərnişin Nurlan Nağıyev isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.
Bundan öncə qəzanını baş verməsi haqqında xəbər dərc etmişdik.