İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 22 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Eyyubbəyli kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Əraziyə cəlb edilən xilasedicilər xüsusi vasitələrlə avtomobildə qalmış şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.