İsmayıllının Təzəkənd kəndində avtomobil Şəhidlər bulağına çarpılıb. Kənd sakinləri xəsarət alıblar. Bu barədə ShimalNews 7 dekabr tarixində Unikal-a istinadən məlumat verir.
Dumanlı hava şəraitində "QAZ-3110" markalı minik avtomobili idarəetməni itirib və yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə sürücü, 44 yaşlı Babaxan Babalı və sərnişin, 33 yaşlı Elçin Nəcəfov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.