İsmayıllının Qurbanəfəndi kəndində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 26 yanvar tarixində məlumat verir.
Hadisə yanvarın 25-i qeydə alınıb. "Mercedes" və "İsuzu" markalı avtomobillər toqquşub. İki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Əraziyə polis əməkdaşları cəlb olunublar.