DYP əməkdaşları tərəfindən İsmayıllıda sürücülərə xəbərdarlıq edilib və zərurət yaranmadığı təqdirdə yola çıxmamaları tövsiyə olunub. Bu barədə ShimalNews 24 yanvar tarixində məlumat verir.
Qarın yağması rayonlarda dağətəyi kəndlərə gediş-gəlişdə də çətinliklər yaradıb. Şamaxı - İsmayıllı avtomobil yolunun Muğanlı dolaylarında və digər istiqamətlərdə yollar buz bağlayıb. Bəzi yerlərdə qarın hündürlüyü 35-40 sm-ə çatıb.
Hazırda kənd yollarının təmizlənmə işləri davam edir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.