İsmayıllı rayonunda avtomobil ağaca çarpılıb. Bu haqda ShimalNews 13 iyun tarixində Apa-ya istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi Qalınçaq kəndi ərazisində qeydə alınıb. “VAZ-2107” markalı avtomobilin sürücüsü Şaiq Seyidov idarəetməni itirərək kənardakı ağaca dəyib.
Qəza zamanı avtomobildə Şamaxı regional Mühafizə Şöbəsinin mülki əməkdaşları olublar. Sərnişinlər - Yalçın Nurəhmədli və Asiman Seyidov xəsarət alıblar. Nurəhmədliyə xəstəxanada ilkin tibbi yardım göstərilib. O artıq evə buraxılıb. Seyidovun isə müalicəsi davam etdirilir.
Avtomobili idarə edən mülki şəxs olub. Araşdırma aparılır.