İsmayıllıda qəza nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb. Bu haqda ShimalNews 24 noyabr tarixində Trend-ə istinadən məlumat verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 6 yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Pasiyentlərdən birinin müayinə və müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Digərlərinin isə müalicəsi cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta stabil qitymətləndirlir.
Bakı-Şamaxı-İsmayıllı yolunda "Mercedes Vito"nun aşması barədə məlumat vermişdik.