İsmayıllı rayonu ərazisində baş verən qəza nəticəsində ailə üzvləri xəsarət alıblar. Bu haqda ShimalNews 9 dekabr tarixində Apa-ya istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi sürücünün idarəetməni itirməsi zamanı baş verib. 3 yaşlı Aydan Şabanova, 3 yaşlı Fidan Şabanova, 34 yaşlı Sahilə Şabanova və 38 yaşlı Elman Şabanov xəsarət alıblar. Şəki sakinləri Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.