İsmayıllının Aşıqbayramlı su anbarı yaxınlığında avtomobil qəzası baş verib. Bu barədə ShimalNews 14 aprel tarixində İsmayilli.ws-ə istinadən məlumat verir.
Hadisə Balik gölü kimi tanınan ərazidə aprelin 13-ü baş verib. “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Xəsarət alan olmayıb.
Sürücünün sözlərinə görə, qarşıdan qələn avtomobil manevr qaydasını pozub və çaşqınlıq yaradıb. Sonra isə həmin yerdən yayınıb.