İsmayıllı rayonu ərazisində baş vermiş yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub. Bu haqda ShimalNews 22 yanvar tarixində "Report"a istinadən məlumat verir.
Eyyubbəyli kəndində avtomobillərin toqquşması nəticəsində 28 yaşlı Elşən Atamalızadə yaralanıb. Ağsu rayon Padar kənd sakini Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.