top
FHN Quba xəstəxanasında nöqsanlar aşkarladı – Direktor cərimələndi
Foto
17 mart 2026, 09:28
- +

FHN Quba xəstəxanasında nöqsanlar aşkarladı – Direktor cərimələndi

Quba Rayon Mərkəzi Xəstəxanasında yoxlamalar keçirilib.

Qaynarinfo.az-ın məlumatına görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xəstəxana rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. İş yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə rəsmiləşdirilərək məhkəməyə göndərilib.

Araşdırma zamanı məlum olub ki, xəstəxana binası yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməyib. Bundan əlavə, obyektin elektrik naqillərinin Elektrik Qurğularının Quraşdırılması Qaydalarına uyğun çəkilmədiyi müəyyən edilib.

Yoxlama zamanı həmçinin elektrik naqillərinin izolyasiyasının müqavimətinin yoxlanılması ilə bağlı müvafiq aktın tərtib olunmadığı, tikintidə istifadə edilən taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulmasına dair sənədin təqdim edilmədiyi aşkarlanıb. Bununla yanaşı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə təminatının qənaətbəxş olmadığı, ümumilikdə yalnız bir ədəd odsöndürən balonun mövcud olduğu müəyyən edilib.

Məhkəmənin qərarına əsasən, xəstəxananın direktoru Əliyar Sərvərov qeyd olunan maddə üzrə təqsirli bilinərək 350 manat məbləğində cərimə olunub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Cəmiyyət
Dünən, 18:00

Qaxlı əkiz qardaşlar da tələbə oldular

Cəmiyyət
Dünən, 17:44

Baş prokuror Şəkidə xidməti mənzillərə baxış keçirdi

İqtisadiyyat
Dünən, 17:43

Bəzi Şimal rayonlarında güclü külək əsəcək

Cəmiyyət
Dünən, 17:34

Şəkidə 20-dən çox ailə 20 ildir qaz gözləyir: "Daha səbrimiz bitib"

Cəmiyyət
Dünən, 17:03

Şimalın igid şəhidlərinin övladları tələbə adını qazandılar

Cəmiyyət
Dünən, 16:46

Qusar İcra Hakimiyyətində dəyişiklik

Cəmiyyət
Dünən, 15:13

Xaçmazlı əkiz bacılar eyni universitetdə eyni ixtisasa qəbul oldular

Hadisə
Dünən, 15:07

Oğuzda avtomobil aşdı, 7 nəfər yaralandı - YENİLƏNİB

İdman
Dünən, 14:59

Xaçmazlı "Vugi" növbəti dəfə Yaponiyada döyüşəcək

Hadisə
Dünən, 14:07

İsmayıllıda ağır qəza: yeni restoranının açılışına bir gün qalmış öldü

Cəmiyyət
Dünən, 12:21

Xaçmazın ən uğurlu məzunlarından biri 682 balla tələbə oldu

İqtisadiyyat
Dünən, 11:55

Selin zədələdiyi elektrik şəbəkəyə 12 milyon manat ayrılıb

Cəmiyyət
Dünən, 10:46

Müəllimindən həkim-şagirdinə duyğulandıran məktub

Cəmiyyət
Dünən, 10:10

Möhtəşəm nəticə: Şimalın bu məktəblərində hamı tələbə oldu

Cəmiyyət
Dünən, 09:16

Xaçmaz və Xudatda yeni avtobus dayanacaqları quraşdırılır

İdman
24 avqust 2026, 17:18

Qubada beynəlxalq futbol turnirinə start verilib

Cəmiyyət
24 avqust 2026, 17:12

Şəkidə YDM qarşısında xaos: "Giriş də bəlli deyil, çıxış da" – VİDEO

Bütün xəbərlər
24 avqust 2026, 16:29

Siyəzənli mühəndis tullantılardan "dəmir cəngavər" hazırladı – VİDEO

Cəmiyyət
24 avqust 2026, 14:50

Qubada qeyri-adi qəza: Avtomobil evin damına düşdü

Cəmiyyət
24 avqust 2026, 13:55

Sabah Şimalda havanın temperaturu yüksələcək

İdman
24 avqust 2026, 12:59

Qubada beynəlxalq futbol həyəcanı başlayır

Cəmiyyət
24 avqust 2026, 12:51

Qubada parklanma mübahisəsi: Sürücülər nişanlanma tələb edir

Hadisə
24 avqust 2026, 11:40

İsmayıllıda göldə faciə: Bacı-qardaş boğuldu

Oxşar xəbərlər