Bakı-Quba avtomobil yolunda radioyayımın keyfiyyəti yoxlanılıb. Bu haqda ShimalNews 19 yanvar tarixində Audiovizual Şuraya istinadən məlumat verir.
FM yayımının monitorinqi zamanı maneələr və boş olan zonalar (“ölü” zonalar) aşkar edilib. Eləcə də faydalı siqnalların və maneələrin yaratdığı sahə gərginlikləri ölçülüb.
Nöqsanların aradan qaldırılması üçün zəruri addımlar “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssisləri ilə müzakirə olunub.