Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılacaq. Bu haqda ShimalNews 31 may tarixində məlumat verir.
Giləzi-Sitalçay ərazisində Bakı istiqamətində 500 metr məsafədə hərəkət kənardankeçmə yolu ilə təşkil edilib. Burada elektron tərəzi sisteminin son tamamlanma işləri aparılır. Bütün işlər 10 gün davam edəcək.