Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda tıxac yaranıb. Bu haqda ShimalNews 15 yanvar tarixində “Report”a istinadən məlumat verir.
Buna səbəb ötən gün magistralın Abşeron rayonu ərazisindən keçən hissəsində yolun buz bağlaması olub. Nəticədə 30-a yaxın ağırtonnajlı yük maşını yolda qalıb.