Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gömrük-keçid məntəqələrinin çıxışında gözləmədə olan nəqliyyat vasitələrinin sayını açıqlayıb. Bu barədə ShimalNews 9 yanvar tarixində məlumat verir.
Bu günə olan statistikaya əsasən, “Samur” gömrük postunda 46 (Qusar) yük maşını var. “Xanoba” gömrük postunda (Xaçmaz) isə növbəsini gözləyən avtomobil yoxdur.