Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq. Bu haqda ShimalNews 12 fevral tarixində məlumat verir.
Sabah saat 09:00-dan axşam saatlarınadək magistralın 72.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq, işlərin aparıldığı istiqamətə uyğun əks-istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.
Sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.