Sosial şəbəkələrdə Fransanın Evian-le Ba şəhərində yerləşən parkdan Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar yayılır. Bu haqda ShimalNews 4 yanvar tarixində Report-a istinadən məlumat verir.
2017-ci ildə ucaldılmış heykələ qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb, sonradan isə üzərinə qoruyucu örtük sarınıb.
Daha öncə İsmayıllı və Evian-Le-Ba şəhərləri arasında Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi barədə məlumat vermişdik.