Xudat məktəblərinin birində təmir işləri aparılır. Bu barədə ShimalNews 8 avqust tarixində məlumat verir.
İşlər N.Nərimanov adına 2 saylı tam orta məktəbdə aparılır. Binanın dam örtüyü və pəncərələri bərpa edilir.
Bundan öncə, adıçəkilən məktəbdə şəraitin olmaması haqqında məqalə dərc etmişdik.
Valideynlər bildirmişdir ki, məktəbin pəncərələri sınmış, siniflərdə isə isinmək üçün odun yandırmaq məcburiyyəti qarşısında qalmışdılar. Bu və digər çətinliklərlə bağlı məktəb direktoru aidiyyəti orqanlara müraciət etmişdir.