Şimal bölgəsində bir neçə məktəbin təmirə ehtiyacı var. Bu barədə ShimalNews-a məlumat daxil olub.
Xaçmaz rayonu Alekseyevka (Çaykənari), Seyidlər, Həsənqala, Yalama, Qusarçay, Lecet kəndlərinin məktəblərində şərait yoxdur. Sakinlərin sözlərinə görə, məktəblərin pəncərələri, qapıları və damları yararsız haldadır. Onlar əlavə ediblər ki, tədris binaları qazla təmin olunmadığından, qış aylarında dərs otaqlarında soyuqdan oturmaq mümkün deyil.
Xudat şəhərində isə N.Nərimanov adına 2 nömrəli məktəbdə şəraitsiz vəziyyətdədir.
Valideynlərin sözlərinə görə, məktəbin pəncərələri sınıb, istilik sistemi isə zəif işləyir. Onlar əlavə ediblər ki, siniflərdə öz həsablarına odun yandırırlar. Ara-sıra siniflərin təmiri üçün pul toplansada, az müddət sonra onlar yenidən yarasız hala düşür. Məktəbin direktoru valideynlərin şikayətini nəzərə alaraq, problemlərlə bağlı aidiyyəti orqanlara müraciət etmişdir.
Oxşar hal, Qusarın Həzrə kəndində şəhid Çingiz Qurbanov adına tam orta məktəbdə müşahidə olunur. Sakinlər bildiriblər ki, məktəbin binası yararsız haldadır.
Qubanın Küçeyi kəndindədə məktəbin damı pis vəziyyətdədir.
