Xudat şəhərində yerləşən kafedə dava baş verib. Bu haqda ShimalNews 15 yanvar tarixində “Apa”ya istinadən məlumat verir.
İaşə obyektində Renat Ağayev və digərləri arasında mübahisə yaranıb. Bu zaman Azər Əliyevə xəsarətlər yetirilib. O, baş-beyin əzilməsi və açıq kəllə-beyin travmaları alıb.