Xaçmazın Mirzəmmədqışlaq və Şıxlar kəndlərində şəhid ailələri ziyarət edilib. Bu barədə ShimalNews 14 aprel tarixində RİH-yə istinadən məlumat verir.
İcra başçısı Elnur Rzayev Vətən müharibəsinin şəhidləri Sərxan Osman oğlu Mirzəmmədov və Pərvin Natiq oğlu Məmmədovun ailələrini ziyarət edib. Onların fotolarından və şəxsi əşyalarından ibarət xatirə guşələrinə baxış keçirilib və ruhlarına dualar oxunub. Şəhidlərin əziz xatirəsinin əbədi olaraq xalqımızın yaddaşına həkk olunduğu, hər zaman hörmət və ehtiramla xatırlanacaqları qeyd edilib.