Xaçmazda 1-ci Qarabağ müharibəsi şəhidi Hörmət Baratovun dəfni keçirilib. Bu haqda ShimalNews 27 iyun tarixində məlumat verir.
Bu gün Nərəcan kənd qəbiristanlığında dəfn mərasimi keçirilib. Burada mərhumun ailəsi, hərbçilər, ictimaiyyət və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Hörmət Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum kimi dəfn edilmişdir. O, 1992-ci il oktyabr ayının 8-də hərbi xidmətə çağırılıb, 1993-cü ilin 8 oktyabr günündən Qarabağda itkin düşmüş sayılıb.