Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin V "a" sinif şagirdi Səid Sərdarlı 43 diplom və 7 medala layiq görülüb.
Shimal.News xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Səid müxtəlif fənn olimpiadalarında və bilik yarışlarında iştirak edərək bu nailiyyətləri əldə edib.
Məktəb rəhbərliyi şagirdin uğurlarını onun biliyi, əzmi və çalışqanlığının nəticəsi kimi qiymətləndirib, gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıb.