Xaçmazın istedadlı gəncləri “Uşaq incəsənət festivalı”nda çıxış edə bilərlər. Bu barədə ShimalNews 24 fevral tarixində Xaçmaz rayon Mədəniyyət Mərkəzinə istinadən məlumat verir.
İstedadların üzə çıxarılması və inkişafı üçün müsabiqə keçiriləcək. Maraqlanan şəxslər Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinə və Xudat şəhər Folklor evinə müraciət edə bilərlər.
Qeydiyyat martın 30-dək davam edəcək. Əlavə suallar üçün mobil nömrə 050 288 01 47.